XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Dekabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan xanlığının bayrağının mulyajı hədiyyə edilmişdir

imgMilli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilmişdir.


Mulyaj Rusiyanın Sankt-Peterburq şəhərindəki Artilleriya, Raket qoşunları və Rabitə qoşunları Hərbi-Tarixi Muzeyində qorunan Naxçıvan xanlığının dövlət bayrağının tam oxşarı olaraq düzəldilmişdir. 

Qeyd etmək lazımdır ki, Rusiya muzeylərində Naxçıvan xanlığına aid bayraqları ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov aşkar etmişdir.

img img img