Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı Fransanın Sen-Jermen şəhərində yerləşən Milli Arxeologiya Muzeyinin təşkilatçılığı ilə “Son Tunc və Erkən Dəmir dövründə Xəzər dənizi ətrafındakı ərazilərdə əlaqələr” adlı beynəlxalq konfransda iştirak edib.
Konfransda Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və İran ərazisində aparılan arxeoloji qazıntıların nəticələri haqqında dünyanın tanınmış alimləri öz məruzələrini edib, mədəniyyətlərarası əlaqələri öyrənməyə çalışıblar.
Muzeyin direktoru, akad. Nailə Vəlixanlı və muzeyin Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Milli Azərbaycan Tarixi Muzeyinin Son Tunc və Erkən Dəmir dövrü mədəni irsinin öyrənilməsində rolu” mövzusunda məruzə edərək, Azərbaycanın bu dövr maddi-mədəniyyəti və onun araşdırılması haqqında geniş məlumat veriblər.
ABŞ, Fransa, Almaniya, İspaniya və digər ölkələrdən gəlmiş tədqiqatçıların əsərlərində də Azərbaycan abidələrinə müəyyən qədər yer verilib. Konfrans müvəffəqiyyətlə başa çataraq, məruzələrin toplu halında çap olunması və gələcəkdə daha geniş konfransların keçirilməsi və Xəzər hövzəsi mədəniyyətlərin geniş araşdırılması zəruri hesab edilib.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.