Muzeydə AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondu və Bakı Baş Təhsil İdarəsinin birgə həyata keçirdiyi “Tarix fənninin başqa fənlərə inteqrasiyası (Milli Azərbaycan Tarixi Muzeyinin ekponatları əsasında)” layihəsi çərcivəsində növbəti görüş keçirildi.
Görüşü Milli Azərbaycan Tarixi Muzeyinin Elmi maarif şöbəsinin aparıcı elmi işçisi, Nardanə Yusifova apardı. Görüşdə Bakı şəhərinin müxtəlif orta məktəblərini təmsil edən tarix müəllimləri müxtəlif təkliflərlə çıxış etdilər. Təkliflər əsasında müzakirələr aparıldı, bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutuldu.
Muzeyin daimi ekspozisiyasına baxış zamanı keçiriləcək dərs və tədbirlər ətrafında söhbət aparıldı.
Dekabrın 12-də layihə çərçivəsində növbəti görüşün keçirilməsi, dekabrın ikinci yarısında “Dəyirmi masanın” təşkil olunacağı qərara alındı.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.