XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Dekabr, 2015
Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” elmi məqalələr toplusunun 2015-ci il, 3-cü nömrəsi çap olunub

imgAzərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” (İctimai elmlər seriyası) elmi məqalələr toplusunun növbəti nömrəsi – 2015, №3, çap olunub.


Baş redaktoru akademik Nailə Vəlixanlı olan toplunun bu nömrəsində Azərbaycanın tarix, arxeologiya, etnoqrafiya, fəlsəfə elmlərinin aktual məsələlərinə həsr olunmuş məqalələr çap edilmişdir. AMEA “Xəbərlər” (İctimai elmlər seriyası) elmi məqalələr toplusunun 2015-ci il 3-cü nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının da məqalələri yer almışdır.

Belə ki, Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovun “1905-1907-ci illər erməni-azərbaycan münaqişəsində Bakıda zərər çəkmişlərə köməyin təşkili” adlı məqaləsində Azərbaycanın XX əsr tarxinin aktual və öyrənilməmiş məsələlərindən biri haqqında məlumat verilir.

Muzeyin şöbə müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun “Dünya muzeylərində XV-XVI əsr Azərbaycan müdafiə silahları” adlı məqaləsində dünyanın bir sıra aparıcı muzeylərində qorunan və Azərbaycanın orta əsr dövlətlərinə aid müdafiə silahları təqdim olunur.

Muzeyin elmi işçisi Əli Fərhadovun “Heydər Hüseynovun həyat və yaradıcılığından (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında”) adlı məqaləsində görkəmli Azərbaycan alimi, akademik Heydər Hüseynovla bağlı yeni faktlar bəhs olunur.