Milli Azərbaycan Tarixi Muzeyində “Tarix fənninin başqa fənlərə inteqrasiyası “Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında” layihəsi çərçivəsində növbəti görüş keçirildi.
Görüşdə Nəsimi rayonu Texniki Humanitar litseyinin tarix müəlliməsi Gülşən Muradzadə 5,9 və 10 siniflərin qabaqcıl şagirdlər ilə iştirak etdi. Şagirdlər muzeyi ziyarət etməmişdən əvvəl Milli Azərbaycan Tarixi Muzeyinin Elmi maarif şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova onlarla layihənin məqsədi, onların bu layihədə necə iştirak edə biləcəkləri haqqında məlumat verdi.
Eyni zamanda N.Yusifova şagirdlərə bu layihənin onların gələcəkdə necə bir mütəxəssis, əhatəli biliyə malik şəxsiyyət kimi formalaşmasındakı rolu haqqında da qısa da olsa məlumat verdi.
Görüş şagirdlərin böyük marağına səbəb oldu, onlar növbəti görüşə hansı təklif və tapşığıqlarla gələcəkləri haqqında da məlumat aldılar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.