XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Dekabr, 2015
Görkəmli numizmat alim Əli Rəcəblinin kitablarının təqdimatı keçirilib

яMilli Azərbaycan Tarixi Muzeyinin Numizmatika elmi fon şöbəsinin müdiri, görkəmli numizmat, əməkdar mədəniyyət işçisi, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri”, “Azərbaycan Səfəvilər dövlətində məskukət (sikkə) işi” və “Şirvanşahlar dövlətinin sikkə zərbi” kitablarının təqdimatı keçirilib.


İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təqdim olunan kitabların Azərbaycan Respublikası ərazisində tapılmış və Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan sikkələr əsasında hazırlandığını bildirib. Qeyd olunub ki, bu nəşrlər Azərbaycanda sikkə işinin geniş icmalıdır. Antik dövrdən bu günə qədər Azərbaycan dövləti ərazisində dövriyyədə olan və zərb edilən sikkələri əhatə edir. Nəşrlərdə çoxəsrlik Azərbaycan dövlətçiliyinin önəmli atributlarından biri olan sikkənin həqiqi tarixi mənbə olaraq rolu və əhəmiyyəti xüsusi vurğulanır.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü İlyas Babayev, muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva və başqaları çıxış edərək bildiriblər ki, kitabların ərsəyə gəlməsində əsas məqsəd Azərbaycan tarixi tədqiqatçılarını Şirvanşahların bizə gəlib çatan nadir, elmə məlum olmayan, qismən də az tanınan sikkələri ilə tanış etməkdir. Nəşrlərdə ilk dəfə minillik Şirvanşahlar dövlətinin sikkə zərbi tədqiq olunmuşdur.

я я я z img z z z