Milli Azərbaycan Tarixi Muzeyində “Tarix fənninin başqa fənlərə inteqrasiyası (Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında)” layihəsi çərçivəsində Nizami rayonu 32 saylı məktəbin şagirdləri və onların valideynləri ilə görüş keçirildi.
Görüşü layihənin iştirakçısı tarix müəllimi Leyla İmranova təşkil etmişdir.
Əvvəlcə şagirdlərə layihənin əsasında muzeydə gəzinti zamanı nə işlər görəcəyi haqqında, layihənin məqsədi və onların yaş həcmində bu layihədə necə iştirak edəcəkləri barədə Milli Azərbaycan Tarixi Muzeyinin Elmi maarif şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova məlumat verdi. O, şagirdlər muzeyi ziyarət edənə qədər həmin şagirdlərin valideynləri ilə görüşü zamanı daha əhatəli olaraq Muzeydə layihələr formasında və ya digər formada aparılan tədbirlərin, görüşlərin və muzey gəzintilərinin onların övladlarının gələcəkdə bir vətənpərvər şəxsiyyət kimi formalaşmasındakı əhəmiyyətindən danışdı.
Valideynlər bu görüşdən çox razı qaldıqlarını, bu görüşün baş tutması üçün muzeyin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Onlar çox maraqlı təkliflərini yazılı şəklində tədbirin təşkilatçısına təqdim etdilər və yenidən belə tədbirlərdə iştirak etmək arzusunda olduqlarını bildirdilər.
Şagirdlər muzeyi gəzdikdən sonra təəsuratlarını bölüşdülər və onlara bu təssuratlarını esse şəklində yazmağı və onların yadlarında qalan eksponatların fənlərarası əlaqə, digər fənn müəllimlərinin müdaxiləsi də olaraq araşdırmalarını, öz təklif və maraqlandıqları suallarla istədikləri vaxt muzeyin bu layihəyə cavabdeh şəxslərinə müraciət edə biləcəklərini bildirdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.