XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Dekabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyinə yeni unikal material daxil olmuşdur

kMilli Azərbaycan Tarixi Muzeyi 1947-48-ci illərdə Cənubi Azərbaycanda dərc olunmuş “Azərbaycan” qəzetinin 128 nömrəsindən ibarət toplu əldə edilmişdir.


Azərbaycan Demokrat Firqəsinin gizli mətbu orqanı olan bu qəzet firqənin sədri Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə həftədə bir dəfə nəşr olunurdu. Qəzet hicri tarixi ilə 1326-cı ildə Təbrizdə çap olunmuş və № 1, 372 - 499-cu nömrələrdən ibarətdir. 

h