Rusiyanın Moskva şəhərində elmi ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, t.ü.f.d Pərvin Gözəlov tərəfindən Rusiyanın mərkəzi muzey və arxivlərində Azərbaycanın tarixi ilə bağlı araşdırmalar aparılır.
Bu günlərdə ona Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin əməkdaşları tərəfindən hazırlanmış müharibə iştirakçası, baş çavuş Rzayev Kəmaləddin Səməd oğlu ilə bağlı sənədlərin surəti təqdim edilmişdir. Sənədlər azərbaycanlı əsgərin döyüş yolu, döyüşlərdə aldığı yaralar, təltif olunduğu orden və medallar barəsində ətraflı məlumat verir.
Beləliklə, II Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın rolunun öyrənilməsi baxımından Milli Azərbaycan Tarixi Muzeyi ilə Rusiyanın dövlət muzey və arxivləri arasında əlaqələr yaradılır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.