Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyi unikal qadın bəzək əşyalarını əldə etmişdir.
İki əlçək və sürmə qabından ibarət dəst XIX əsrin sonlarına təsadüf edir. Kəlbəcər bölgəsinə məxsus olan bəzək dəsti qızıl lövhələrlə işlənmiş, güləbatın tikməli, qızılı rəngli saçaqla bəzədilmişdir. Bu qadın bəzək əşyaları Azərbaycanın qərb bölgəsində gəlin bəzəmək üçün hazırlanırdı.
XIX əsrin sonlarına aid qadın baş bəzəyi Zaqatala bölgəsinə aid olub, gümüşdəndir, rəngli daşlarla bəzədilmişdir. Baş bəzəyinin üzərində iki ləl (suleyman daşı) daşdan qaş qoyulmuş və üç sıra gümüşdən lövhəli zəncirlərlə bəzədilmişdir. Qeyd etməık lazımdır ki, bu bölgədə gəlinlərin bəzədilməsində qızıl suyuna çəkilmiş gümüş zinət bəzək əşyalarından daha çox istifadə olunurdu. Hətta gəlinin bütün gümüş bəzəyinin ağırlığı 5 kq-dan artıq olurdu.
Muzeyə yeni daxil olan materiallar Azərbaycan xalqının geyim-bəzək mədəniyyətinin, zərgərlik sənətinin necə yüksək səviyyədə olmasını bir daha nümayiş etdirir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.