XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Dekabr, 2015
Milli Azərbaycan Tarixi Muzeyi beynəlxalq layihədə uğurla iştirak edir

zAMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Nasir Quluzadənin Fransa Respublikasının Sen-Jermen-en Laye Milli Arxeologiya Muzeyində apardığı tədqiqatlar 2011-ci ildə yaradılmış Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji Ekspedisiyasının həyata keçirdiyi uzunmüddətli layihənin tərkib hissəsidir.


Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji Ekspedisiyası həvəskar fransız arxeoloqu Jak de Morqan irsinin öyrənilməsi məqsədi ilə yaradılmışdır. Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji abidələrin külliyatı şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının, eləcə də Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, t.ü.f.d. Abuzər Ələkbərov, Fransa tərəfdən isə ekspedisiyanın rəhbəri professor Mişel Kazanovadır.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin də bu layihəyə yaxından cəlb olunması təsadüfi deyil. Belə ki, tədqiqatların nəticəsi olaraq Bakı və Parisdə beynəlxalq sərgi təşkil olunması planlaşdırılır. Sərginin təşkilində hər iki ölkənin məlum muzeyləri yaxından iştirak edəcək. Məlumdur ki, Azərbaycanın Son tunc - Erkən dəmir dövrü arxeoloji irsinin bir hissəsi Milli Azərbaycan Tarixi Muzeyində qorunub saxlanılır və nümayiş olunur. Təqdirəlayiq haldır ki, Azərbaycan və Fransanın elmi-tədqiqat müəssisələrinin bu kimi müştərək layihələri ölkəmizin zəngin maddi mədəniyyətinin, xüsusilə də arxeoloji irsinin öyrənilməsinə, eləcə də beynəlxalq səviyyədə nümayişinə böyük töhfələr verir.

z z z