Milli Azərbaycan Tarixi Muzeyində “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzeyin eksponatları əsasında)” layihəsi çərçivəsində Nəsimi rayonu Texniki Humanitar Liseyin 10a sinif sagirdləri ilə “Haci Zeynalabdin Tağıyevin həyat və yaradıcılığı” mövzusunda açıq dərsi keçirildi.
Dərs 10-cu sinif şagirdi Aysel Həsənova tərəfindən aparıldı. Açıq dərsdə Liseyin direktoru Səidə Zeynalova, tarix müəllimləri Gülşən Muradzadə, Kəmalə İbrahimova, Gülayət Qurbanova və Milli Azərbaycan Tarixi Muzeyinin “Xarici əlaqələr və elmi-kütləvi iş” şöbəsinin əməkdaşları iştirak etdilər.
Aysel Həsənova əvvəlcə Zeynalabdin Tağıyev haqqında ətraflı məlumat verdi. Sonra bu mövzuda şagirdlər özləri qısa fraqmentli səhnəciklər də göstərdilər. Dərsin sonunda Aysu Nəsibova özünün yağlı boyayla çəkdiyi Zeynalabdin Tağıyevin portretini muzeyə hədiyyə etdi.
Əslində açıq dərs disskusiya şəklində aparıldığından hər kəs sərbəst olaraq öz fikirlərini bildirdi. Məktəbin direktoru Səidə Zeynalova onlara əhatəli şərait yaradılmasına və Muzeydə tədrislə əlaqəli müxtəlif layihələr formatında aparılan tədbirlərin, görüşlərin, şagirdlərin gələcəkdə bir vətənpərvər şəxsiyyət kimi formalaşmasındakı əhəmiyyətinə görə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya Liseyin kollektivi adından dərin minnətdarlığını bildirdi.
Sonda Ləman Musayeva şagirdləri H.Z.Tağıyevin memorial ev muzeyi ilə tanış etdi və maraqlandıran sualları cavablandırdı.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.