XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Yanvar, 2016
Muzeydə yeni etnoqrafik material

zAMEA Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni daxil olan materiallar arasında xalqımızın etnoqrafik irsinə aid edilən nümunələr də vardır.


Bu materiallardan biri Azərbaycanın tanınmış zadəgan nəsillərindən olmuş Şəkixanovlar nəslinə aid örtükdür. Örtük XIX əsrdə təkəlduz tikmə üsulu ilə hazırlanmışdır. Dəyirmi formalı qırmızı rəngli mahud parça üzərində “Şiri-xurşid” təsviri verilmiş, ətrafları nəbati naxışlarla bəzədilmişdir. Örtüyün kənarları güləbətin saçaqlıdır. 

z