19.01.2016-cı il tarixdən Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda “1951-1964-cü illərdə I Kültəpədə aparılmış qazıntılardan əldə edilmiş arxeoloji materialların yenidən işlənməsi və nəşri” adlı beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılmışdır.
Bu işlər keçən ilki tədqiqatların davamıdır. Tədqiqatlara arxeoloqlar, AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru Remi Berthon (paleontoloq) rəhbərlik edirlər. Layihə iştirakçıları Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyeva (rəssam), Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları, dosent-doktor Katerina Marro (arxeoloq) və fəlsəfə doktoru Nikolas Qailharddır (arxeoloq). Fondun müdiri, t.ü.f.d. Nasir Quluzadə bu elmi-tədqiqat işlərinin uğurla tamamlanması üçün layihə iştirakçılarına mümkün köməklik göstərir. Tədqiqat işləri əsasən Arxeologiya fondunda mühafizə olunan I Kültəpə tapıntılarının ölçülərinin götürülməsindən, qrafik və foto təsvirlərinin çəkilməsindən, eləcə də onlara aid məlumatların dəqiqləşdirilməsindən ibarətdir. Layihə çərçivəsində I Kültəpə materiallarının həmdövr abidələrdən əldə olunmuş yeni tapıntılarla müqayisəli təhlilinin aparılması da nəzərdə tutulub. Sonda əldə olunacaq məlumatlar ümumiləşdirilərək nəşr olunacaq. Üçillik icra müddəti olan layihənin cari il üçün Arxeologiya fondundakı tədqiqat işlərinə yanvarın 30-da yekun vurulacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.