XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Yanvar, 2016
Muzey əməkdaşlarının iştirakı ilə şagirdlər AMEA-nın kitab sərgisi ilə tanış olmuşlar

zYanvarın 25-də Nardaran orta məktəb şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının sərgi zalında keçirilən kitab sərgisi ilə tanış oldular.


Xatırladaq ki, sərgi AMEA-nın 70 illiyinə həsr olunmuş, sərgi ilə respublikanın bir çox ali və orta məktəblərin tələbə və şagirdləri tanış olmuşlar.

Azərbaycan Respublikası Prezident yanında Bilik Fondunun təşkilatçılığı və Nardaran orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən sərgilə tanışlıqda Milli Azərbaycan Tarixi muzeyinin xarici əlaqələr və elmi kütləvi işlər şöbəsinin əməkdaşı aparıcı elmi işçisi Nardanə Yusifova və elmi işçisi Əli Fərhadov iştirak etmişlər.

Əli Fərhadov şagirdlər qarşısında çıxış edərək dövlətimizin muzeyə göstərdiyi qayğıdan, Tarix muzeyindəki eksponatların zənginliyindən, muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi altında muzeydə aparılan elmi araşdırmalardan və tariximizin öyrənilməsi üçün orta məktəb şagirdlərinin Tarix muzeyini tez-tez ziyarət etməsinin əhəmiyyətindən bəhs etmişdir.

Tədbirdə tarixçi alimlər, elm və ictimayət xadimləri iştirak etmişdir.

z z