Milli Azərbaycan Tarixi Muzeyini Ekspozisiya təhlükəzisliyi üzrə direktor müavini, t.ü.f.d. Həbibə Əliyeva Makedoniyanın Ohrid şəhərində keçirilən “Terrorizm, miqrasiyalar, köçkünlər-mədəni varlıqlar, irs, iqtisadiyyat, turizmlə bağlı müasir çağırışlar ilə media” adlı IV Beynəlxalq Konfransda iştirak etmişdir.
Konfrans Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan), “ESRA” Audiovizual İncəsənət Universiteti (Skopje, Paris, Nyu York), “HAEMUS” Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzinin (Skopye, Makedoniya) birgə səyləri ilə təşkil olunmuşdur.
Konfransda makedoniyalı məruzəçilərlə yanaşı Azərbaycan, Fransa, Almaniya, ABŞ, Türkiyə, İtaliya, Rusiya, Misir, Albaniya, Bolqarıstan, Çexiya, Bosniya, Serbiya, Kosova, Litva, Latviya, Belarusiya, Polşa, Nigerya və b. ölkələrin ali məktəb və elmi müəssisə tədqiqatçıları da iştirak etmişdir. Konfransda bu günün qlobal problemi olan terror nəticəsində öz elindən –obasından didərgin düşən qaçqınlar, Avropaya gələn köçkünlər və miqrasiyanı yaradan səbəblər haqqında geniş məruzələr olundu. Həmçinin alimlər tarixi, arxeoloji, maddi mədəniyyət, medyanın və turizmin inkişafı haqqında maraqlı məruzələrlə çıxış etdilər.
Həbibə Əliyeva «Milli Azərbaycan Tarixi Muzeyində qorunan soyqırım materialları haqqında» adlı məruzə ilə çıxış etmişdir. Slaydların nümayişi ilə müşayyət olunan çıxışda Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında nümayiş olunan, eləcə də fondlarda qorunan materiallar haqqında məlumat vermişdir. Daha sonra məruzəçi konfrans iştirakçılarının suallarına cavab vermişdir.
Konfrans iştirakçılarına sertifikatlar və tezislər toplusu təqdim olunmuşdur.
Konfransda Azərbaycanı təmsil edən iştirakçılar Mustafa Kamal Atatürkün ata yurdu Makedoniyanın Kocacıq kəndində Jupa bələdiyyəsinə aid binadakı konfrans zalında 1990-cı il 20 yanvar faciəsinin 26-ci ildönümü ilə bağlı tədbir keçirmişlər. Belə ki, tədbir iştirakçılarna 1990-cı il 20 yanvar hadisələri haqqında geniş məlumat veilmiş, Əliyeva Həbibə “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı” mövzusunda çıxış etmişdir.
Konfrans iştirakçıları həmçinin Albaniya Respublikasında olmuş, Tirana və Durres şəhərlərindəki tarixi abidələr, arxeologiya, etnoqrafiya, tarix muzeyləri ilə yaxından tanış olmuşlar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.