XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Yanvar, 2016
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Sara Aşurbəylinin 110 illiyinə həsr olunmuş tədbirdə iştirak etmişlər

zCari ilin 27 yanvarında Azərbaycanın tanınmış  tarixçisi, alimi, və şərqşünası Sara Balabəy qızı Aşurbəylinin 110 ili tamam olmuşdur. O, orta əsr Azərbaycan, eləcə də Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi.


Keçən əsrin 1896-cı ilində dünyaya gəlmiş, yeni əsrin əvvəllərinə qədər ömür sürmüş S.Aşurbəyli mənalı sənət və elm yolu keçmişdir.

Yanvar 28-də “İşərişəhər” Tarix Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyində Sara Aşurbəylinin 110-illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Sara xanımın yaxın dostları, əməkdaşları, tarixçi-alimlər, eləcədə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, tarix elmləri doktoru, professor Əli Rəcəbli və Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin əməkdaşları M.Məmmədov, İ.Kostina, N.Bağırova iştirak etmişdilər. Nailə xanım çıxışında Sara xanımın elmi fəaliyətinə qısa nəzər salaraq onun Milli Azərbaycan Tarixi Muzeyindəki fəaliyyətindən və onunla bağlı şəxsi xatirələrindən bəhs etmişdir. Əli Rəcəbli öz çıxışında Sara Aşurbəylinin orta əsr Azərbaycan tarixinə verdiyi töhfədən bəhs etmiş, öz şəxsi xatirələrini danışmışdır. Tədbirdə Sara xanımın  nadir fotoşəkilləri və videomaterialları nümayiş olunmuşdur.

z z z z