Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni daxil olmuş materiallardan biri də məişət mədəniyyətini özündə əks etdirən Avropa istehsalı çay dəstgahıdır.
15 hissədən ibarət olan çay dəstgahı XX əsrin əvvəllərində Bakıda məşhur tacir Mikayıl Hüseynovun dükanı üçün Riqa şəhərinin Farfor fabrikindən sifariş olunmuş məhsullardandır. Dəstin hər bir hissənin altında kiril əlifbası ilə rus dilində “Блестящий магазин- Микаила Усейнова. Баку тел. 29-74 JJPF” söz və hərfləri yazılmışdır. Çay dəsti çinidəndir. Dəstgahın əşyalarındakı detallar nazik qızılı zolaqla haşiyələnmiş, hər birinin üzərində 4 növdə Avropa üslublu geyimlərdə qız və oğlan təsvirləri həkk olunmuşdur.
Çay dəsti XX əsrin əvvəllərində Azərbaycanın Avropa ilə iqtisadi-mədəni əlaqələrinin əhatə dairəsini öyrənilməsi, xalqın məişətində müasirləşmə meyllərinin sürətlənməsini izləmək üçün əhəmiyyətli materiallardır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.