AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2016-cı il iyunun 14-də görkəmli tarixçi-alim S.Aşurbəylinin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda VI Respublika elmi konfransı keçirməyi planlaşdırılır
Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:
- Azərbaycanın müstəqillik dövrü tarixinin öyrənilməsində muzeylərin rolu;
- muzey fondlarında saxlanılan mədəni irsin araşdırılması, qorunması, təbliği;
- Azərbaycan tarixi və muzeylər – yeni yanaşma metodları;
- muzey pedaqoqikası və tarixi tədqiqatlar;
- müasir cəmiyyətdə muzey. İnkişafın yeni yollarının axtarışı;
- Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri;
- muzeylərdə elmi, fond və ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi;
- muzeylərin sosial infrastruktur kimi turizmin inkişafı və əhalinin maariflənməsində rolu;
- muzey eksponatlarının mənbəşünaslıq dəyərləri;
- respublika diyarşünaslıq muzeylərinin materiaları əsasında Azərbaycan tarixinin təbliği;
- Tarixi dəyərlər-muzey-tamaşaçı;
- muzeylərin inkişaf tarixi;
- muzey kitabxanaları və arxivləri mədəni irsi qoruyan müəssilələr kimi;
- Muzey və elm: mübadilə, təcrübə, perspektivlər
Konfransda iştirak etmək üçün məruzələrin tezisləri və anketlər 2016-ci il martın 30-dək behmen_76@mail.ru elektron poçt ünvanına göndərilməlidir.
Tezislərin tərtibatına dair tələblər:
Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
Mətnin həcmi – 1 səhifəyədək. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.
Məruzələrin tərtibinə dair tələblər:
kağızın formatı – A4, MS Word (*.doc) redaktorunda; həcmi – 4 səhifəyədək; şrift – Times New Roman 14; sətirlərarası interval – 1,5; istinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1).
Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Təşkilat komitəsinin koordinatları:
Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4,
Milli Azərbaycan Tarixi Muzeyi.
Telefon: (+994 12) 493 23 87
(+994 12) 593 11 34
(+994 12) 598 17 40
Faks: (+99412) 598 52 11
Elektron poçt: behmen_76@mail.ru
Veb-sayt: www.azhistorymuseum.az
Əlaqələndirici şəxs: t.ü.f.d. Bəhmən Kərimov
Anket (doldurulması mütləqdir)
İştirakçının adı və soyadı
Şəhər, rayon
İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu
Əlaqə telefonu
E-mail ünvanı
Elmi adı, dərəcəsi
Məruzənin tam adı
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.