XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Fevral, 2016
Milli Azərbaycan Tarixi Muzeyində “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzey eksponatları əsasında)” layihəsi çərçivəsində növbəti görüş keçirildi

z2 fevral 2016-cı il tarixində “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzey eksponatları əsasında)” layihəsi çərçivəsində növbəti görüşü keçirildi.


Görüşdə “Günəş” jurnalının xüsusi müxbirləri Məmmədova Səmayə, Həsənli Günay, Xarici əlaqələr və elmi kütləvi işlər şöbəsinin əməkdaşları Nardanə Yusifova, Nüşabə Əsədova iştirak etdilər.

Əsas müzakirə mövzusu adı çəkilən layihə çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində aparılan maarifləndirici tədbirlərin, xüsusi istedadlı şagird və tələbələrin, hətta ayrı-ayrı fənn müəllimlərinin gördükləri işlərin işıqlandırılması oldu.

Hər iki təşkilatın əməkdaşları görəcəkləri işlərin gələcəkdə Muzey-təhsil-mətbuat vəhdəti planını tərtib etdilər. Planda ana xətt Azərbaycan tarixi həqiqətlərini eksponatlar vasitəilə ölkədaxili və ölkədən xaricdə tanıtmaq məqsədi idi.