XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Fevral, 2016
Muzeyin əməkdaşı Gənclər günü ilə bağlı tədbirdə çıxış edib

YAP Səbail rayon Gənclər Birliyi və Gənclər İdman idarəsinin təşkilatçılığı ilə Gənclər Günü qeyd edilmişdir.


Təbdiri YAP Səbail rayon Təşkilastının sədri Şəmsəddin Hacıyev açıq elan etdi. O, tədbirdə iştirak edən gənclərə ürək sözlərini çatdıraraq,  təməli 1997 ci-ilin fevralın 2-də  Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər Günün 20 illiyi  münasibəti ilə tədbir iştirakçılarını  təbrik etdi və gənlərə işlərində daim fəal, aktiv olmalarını arzu etdi. 

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Səbail rayon YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təçkilatının sədri Pərvanə Əzimova çıxış edərək, muzeydə Gənc alimlərin Azərbaycan tarixinin maarifləndirilməsi, təbliğindəki fəaliyyətlərindən və bu sahədə görülən tədbirlərdən bəhs etmişdir. Tədbirin sonunda Səbail rayon  gəncləri Fəxri fərmanla təltif olunmuşlar.