XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Fevral, 2016
Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar

zBakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə reallaşan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 10-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində işini davam etdirib.


Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qış məktəbinin iştirakçıları ilə görüşüb. Akademik dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərindən gələn tələbələrin muzeydə qonaq olduqlarından sevindiyini, dünyanın bir çox ölkələrinin gəncləri Beynəlxalq Multikulturalizm qış məktəbi vasitəsilə indiyə qədər nəzəri olaraq öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani tanış olmaq imkanı əldə etdiklərini bildirib.

Qonaqlara Muzeyin yaranma tarixi, zəngin ekspozisiya zallarında saxlanılan eksponatlar barədə rus və ingilis dillərində ətraflı məlumat verilib.

Ekskursiyadan sonra Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları muzeyin konfrans zalında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyeva və AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədovun “Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi” mövzusunda mühazirələrini dinləyiblər.

z z z z z z