XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Fevral, 2016
Milli Azərbaycan Tarixi Muzeyində “Türkmənçay müqaviləsinin 188-ci ildönümü”nə həsr olunmuş tədbir keçirildi

z10 fevral Milli Azərbaycan Tarixi Muzeyində Türkmənçay müqaviləsinin 188-ci ildönümü”nə həsr olunmuş tədbir keçirildi. Tədbiri açıq elan edən, muzeyin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva tədbirin məqsədi haqqında məlumat verərək sözü təşkilatçı, 244 saylı məktəbin tarix müəlliməsi, Milli Azərbaycan Tarix Muzeyinin elmi işçisi Ləman Musayevaya verdi.


İki hissədən ibarət olan tədbirdə Binəqədi rayonunun 244 saylı məktəbinin “8b” sinifinin şagirdləri çıxış edərək, XVIII əsrin ortalarında meydana gəlmiş Azərbaycan xanlıqlarının hər biri haqqında ətraflı məlumat verdilər. Şagirdlərin çıxışları MATM-da mövzuya uyğun keçdikləri ekskursiya və mühazirələrdən bəhrələnərək hazırladıqları foto-slaydlarla da müşayət olundu.

Məktəblilər məruzələrində həm şimali, həm də cənubi xanlıqların sosial-siyasi və iqtisadi vəziyyətini qeyd etdilər.

Tədbirin bədii hissəsində şagirdlər B.Vahabzadənin “Gülüstan” poeması əsasında səhnələşdirilmiş tamaşa və vətənpərvərlik mövzusunda mahnılar ifa edərək tədbiri yekunlaşdırdılar.

z z z