XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Fevral, 2016
Muzey əməkdaşları Xalq Rəssamı Səttar Bəhlulzadənin karikaturalarından ibarət kataloqun təqdimat mərasimində iştirak ediblər

zMilli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları görkəmli xalq rəssamı Səttar Bəhlulzadənin karikaturalarından ibarət kataloqun təqdimatında iştirak ediblər. Təqdimat Səttar Bəhlulzadənin Əmircanda yerləşən ev-muzeyində keçirildi.


Xalq rəssamı, görkəmli mənzərə ustası Səttar Bəhlulzadə yaradıcılığı ilə milli təsviri sənəti zənginləşdirən, Azərbaycan rəngkarlığında yeni üslub yaratmış nadir sənətkarlardan biridir. S.Bəhlulzadənin çoxşaxəli yaradıcılığının az tədqiq olunan səhifələrindən biri gənclik dövründə çəkdiyi karikaturalardır. Kataloqda 1931-1933-cü illər ərzində rəssamın “Kommunist” qəzetində çap olunmuş karikaturaları ilk dəfə olaraq toplu halında təqdim edilir.

Kataloqun tərtibatçısı və giriş sözünün müəllifi – sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

Tədbiri Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva giriş sözü ilə açaraq, Azərbaycanın tanınmış rəssamı Səttar Bəhlulzadənin yaradıcılığından bəhs etdi.

Burada Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, rəssamlar və digər incəsənət nümayəndələti iştirak etdilər. Sonra tədbir iştirakçıları S.Bəhlulzadənin ev-muzeyinin ekspozisiyası və rəssamın karikaturalarından ibarət sərgi ilə tanış oldular.

z z z