XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Fevral, 2016
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadənin Muzeyə hədiyyəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə tərəfindən AMEA-nın 70-ci ildönümü ilə əlaqədar hazırlanan Gəncə xalçası Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə verilmişdir.


 

Xalça yundan əl işi olub, üzərində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının təsviri, “Nizami”nin heykəli və ətraflarında Gəncə şəhərinə məxsus abidələrin təsviri həkk olunmuşdur. Xalçanın aşağı tərəfində latın hərflərilə “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri toxunulub.