Berlin Dövlət Muzeyinin direktoru və kuratoru Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları qarşıladı və onları Muzeyin ekspozisiyası ilə tanış etdi.
Berlin Dövlət Muzeyi nəzdində Qədim və Orta əsrlər Muzeyinin direktoru dr. Maties Vemhof və Muzeyin kuratoru, arxeoloq dr. Manfred Navros Azərbaycan tarixi ilə bağlı ətraflı məlumat alaraq, xüsusilə Qədim və orta əsrlər dövr ekspozisiyası ilə yaxından tanış oldular.
Sonda Nailə Vəlixanlı və Muzeyin direktor müavini Məhfuzə Zeynalova Almaniyadan gələn qonaqlarla gələcəkdə sıx əməkdaşlıq əlaqlərinin qurulması planlarını müzakirə edərək, arxeologiya sahəsində aparılan tədqiqatlarla bağlı təcrübələrini paylaşdılar. Qonaqlar Muzeydən xoş təəssüratlarla ayrıldılar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.