21 aprel 2016-cı il tarixində “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzey eksponatları əsasında)” adlı layihə çərçivəsində “Tariximizi əhatəli öyrənirik” adlı tədbir Nizami rayonu 62 və Nərimanov rayonu 200 saylı orta məktəblərin VI sinif şadirdləri arasında keçirildi.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, belə görüşlərin mütəmadi olaraq keçirilməsinin tariximizin əhatəli öyrənilməsində əhəmiyyətini vurğuladı. Muzey-məktəb vəhdətində aparılan görüşlərin tariximizin, muzey eksponatları əsasında daha dəqiq öyrənilməsinə böyük kömək olduğunu, muzeyin “Xarici əlaqələr və elmi kütləvi işlər “ şöbəsi əməkdaşlarının bu sahədə gördüyü işləri xüsusi olaraq qeyd etdi.
Sonra Muzeyin "Xarici əlaqələr və elmi kütləvi işlər" şöbəsinin aparıcı elmi işçisi, layihənin rəhbəri Nardanə Yusifova layihə haqqında qısa məlumat verdi.
Muzeyin "Xarici əlaqələr və elmi kütləvi işlər" şöbəsinin elmi işçisi Nüşabə Əsədova komandalara bölünmüş şagirdlərə 3 hissəli: I tarix, II məntiq, III qarışıq suallar verdi. Cavablar münsiflər tərəfindən qiymətləndirildi.
Münsiflər heyəti tərkibində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi-işlər üzrə direktor müavini t.e.d Nərgiz Əliyeva, xüsusi dəvət olunmuş Nizami rayon 32 saylı orta məktəbin tarix müəllimləri Leyla İmranova, Qızqayıt Məmmədova və hər iki yarışan məktəb valideynlərindən ibarət nümayəndələr iştirak etdilər.
Sonda yarışmada iştirak edən şagirdlər Nailə Vəlixanlı tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.
Nailə xanım hər iki məktəbin sinif rəhbərləri Vəfa Əliyeva, Nüranə Rəsulovaya təşəkkürünü bildirərək belə yarışmaların mütəmadi olaraq davam edəcəyini bildirdi.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.