Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Bilik Fondunun dəstəyilə multikulturalizmlə bağlı növbəti seminar təşkil ediləcəkdir.
Seminarda MATM “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin elmi işçisi Əli Fərhadov “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusu üzrə “Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında tolerantlıq və dini islahatçılıq mövzusu” (XIX-XX əsrin əvvəlləri) adlı məruzə ilə çıxış edəcəkdir.
Seminarda M.F.Axundov, M.Kazımbəy, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi mütəfəkkirlərin yaradıcılığı əsasında dini islahatçılıq və tolerantlıq mövzusu təqdim ediləcəkdir.
Tədbir 26 aprel saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyinin 1-ci mərtəbəsində Konfrans zalında keçiriləcəkdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.