Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin, mədəni irsinin təbliğində öz missiyasını bu gün də məsuliyyətlə həyata keçirir.
Muzeyimizi bu gün Rusiyadan gələn qonaqlar ziyarət edib. Bələdçi qonaqları Muzeyin ən qədim dövr tarixindən bu günə kimi əks etdirən ekspozisiyası ilə tanış etdi. Orta əsrlər dövrü ekspozisiyasında qadın bəzək əşyaları bölməsi ziyarətçilərdə xüsusi maraq yaratdı. Onlar Azərbaycan tarixinin milli adət ənənəsi ilə bağlı ətraflı məlumat əldə etdilər. Sonra Rusiyalı qonaqlar neft milyonçusu, mesenat H.Z.Tağıyevin xatirə muzeyi ilə tanış oldular, xüsusilə, muzeyin möhtəşəm Şəqr zalı onların böyük marağına səbəb oldu.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.