Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi haqqında müsbət rəylər daxil olmaqda davam edir.
Belə ki, rəylərin bir qismi Muzeyin rəsmi feysbuk səhifəsində aprelin 21-də yerləşdirilmişdir. Qeyd etmək istərdik ki, sərgiyə gəlib öz rəylərini bildirənlərin hamısı müsbət fikirdədir. Ümumiyyətlə, bu sərgiyə Azərbaycan vətəndaşları böyük maraq göstərirlər. Belə ki, sərginin getdiyi ilk 8 gün ərzində sərgidə 1066 nəfər olmuş, onların bir qismi öz təəsüratlarını yazılı şəkildə bildirmişlər. Muzeyin feysbuk səhifəsində bu gün tamaşaçı rəylərinin növbəti partiyasını yerləşdirməyi borc bilirik.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.