Qədim və zəngin mədəniyyətimizi, müxtəlif tarixi dövrləri, milli adət-ənənələrimizi özündə təcəssüm etdirən eksponatları qorumaq, bərpa və konservasiya etmək, gələcək nəsillərə ötürmək böyük məsuliyyət tələb edir. Milli Azərbaycan Tarixi Muzeyində bu əhəmiyyətli missiya layiqincə həyata keçirilir.
Muzeyin xüsusi fondunda XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid qızıl işləməli eksponatın üzərində tədqiqat işləri aparılıb. Qızıl əl işləməli yelpikin parçası zərər gördüyünə görə, onun üzərində elmi-tədqiqat işləri görülüb. Proseslərin xarakterini və səbəbini dərindən araşdırmaq məqsədilə elektron mikroskop aparatı vasitəsilə müayinə aparılıb və baş vermiş fəsadların miqyası müəyyənləşdirilib. Muzeyin direktor müavini Məhfuzə Zeynalova və fond mühafizinin dediklərinə görə, cari ildə fondlarda qorunan qızıl və gümüş işləməli eksponatlar üzərində müayinə aparılır və ehtiyacı olan eksponatlar konservasiya olunur.
Bərpaçı-mütəxəssis qeyd etdi ki, qarışıq növ materiallardan ibarət olan eksponatın bərpa və konservasiya işlərinin hansı səpgidə aparılmasının metodikasının müəyyənləşdirmək üçün ətraflı vizual analizlərin aparılması işlərinə böyük əhəmiyyət verilir. Muzeyin bərpaçiları tərəfindən aparılan tədqiqatlar nəticəsində qızıl işləməli eksponatların ziyan görməsinin səbəbləri müəyyənləşdirilib üzərində konservasiya işləri görülüb və aşkar olunan qüsurlar aradan qaldırılıb.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.