Mayın 4-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Heydər Əliyev irsində hərb tarixi” mövzusunda elmi konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən konfrans müdafiə naziri Zakir Həsənovun təsdiqlədiyi “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2016-cı ildə elmi iş planı”na əsasən təşkil olunub.
Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin nümayəndələri, idarə və elmi mərkəzlərdәn 350-dən artıq təmsilçi iştirak edib. Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Muzey adından Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Hərbi Akademiya adından Akademiyanın rəisi general-leytenant Heydər Piriyev imzalayıblar. Memoranduma əsasən, Muzey ilə Hərbi Akademiyanın hərb tarixi sahəsində birgə tədqiqatların aparılması, hərb tarixi, eləcə də hərbi-vətənpərvərlik istiqamətləri üzrə birgə elmi konfrans, seminar və simpoziumların keçirilməsi, hər iki qurumun əməkdaşlarının elmi nəşrlərdə müştərək iştirakı kimi məsələlər nəzərdə tutulub.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.