2016-cı il mayın 3-də Milli Azərbaycan Tarixi Muzeyində “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzey ekponatları əsasında)” layihə çərçivəsində Bakı şəhərinin müxtəlif rayon məktəb direktorları ilə dəyirmi masa keçirildi.
Tədbirdə Bakı şəhərinin 9 rayonundan: Səbail rayonu 236 nömrəli məktəbin direktoru Xanlar İmaməliyev, Nəsimi rayonu 8 nömrəli məktəbin direktoru Aytən Baxışıyeva, Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova, Nizami rayonu 10 nömrəli məktəbin direktoru Leyla Məmmədova, 277 nömrəli məktəbin direktoru Ayaz Süleymanov, 312 nömrəli məktəbin direktoru Yaqut Həsənova, Binəqədi rayonu 126 nömrəli məktəbin direktoru Şəmsi Qocayev, Nərimanov rayonu 37 nömrəli məktəbin direktoru İkram Əliyev, Xətai rayonu 55 nömrəli məktəbin direktoru Alı Məmmədov, 17 nömrəli məktəbin direktoru Bədəl Bədəlov, 86 nömrəli məktəbin direktoru Almaz Əzizova, Yasamal rayonu 225 nömrəli məktəbin direktoru Sevda Eminova, Sabunçu rayonu 108 nömrəli məktəbin direktoru Narınc Mehdiyeva, 75 nömrəli məktəbin direktoru Elnur Həsənov iştirak etdilər. Tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzey ekponatları əsasında)” layihəsi haqqında məlumat verərək bildirdi ki, bu istiqamətdə maarıfləndirici işlərin görülməsi məktəb-muzey vəhdətində aparılmalıdır. Əsas vəzifələrimizdən biri milli dəyərlərimizə sahib olacaq şəxsiyyətlər yetişdirmək, gənclərimizi vətənpərvər ruhda böyütməkdir. Hər bir şagird vətəninə layiq insan olması üçün öz tarixini bilməlidir. Nailə xanım sonra sözü layihənin rəhbəri “Xarici əlaqələr və elmi-kütləvi işlər” şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifovaya verdi. Nardanə xanım öz çıxışında qeyd etdi ki, adı çəkilən layihənin müasir təhsilin inkişafı tarixində önəmli yeri vardır. Belə ki, məktəb-muzey vəhdəti gənclərin əhatəli düşünmələrinə, əyani olaraq qavrama qabiliyyətlərinə, hətta gələcəkdə seçəcəkləri peşənin öz istəkləri çərçivəsində aparmalarına köməyi olacaqdır. Elə bu baxımdan bir neçə ildir ki, muzeyimizdə Azərbaycan tarixinin öyrənilməsində mühazirələr, fərqli təlimlər, nümunəvi dərslər, müxtəlif sərgilər, viktorinalar və hətta muzeydən kənar tədbirlər də həyata keçirilir. Nardanə xanım onu da qeyd etdi ki, müasir təhsilin inkişafında daha önəmli yer tutan inteqrasiyanın tarix fənninin öyrənilməsindəki əhəmiyyətini fənlərarası vəhdətdə gənclərə aşılamaq üçün muzey eksponatları əsasında həm gənclər və həm də müəllimlərlə xüsusi tədqiqat xarakterli görüşlər də keçirilir. Sonra Nailə xanım əlavə olaraq bildirdi ki, muzey və məktəb tərəfindən birgə aparılacaq bu layihənin gələcəkdə vətənini, xalqını, dövlətini sevə biləcək gənclərin yetişməsində böyük rolu olacaqdır. Nailə xanım diskussiya şəklində aparılan tədbirdə məktəb direktorlarının da fikirlərini bilməyin vacibliyini vurğuladı. İlk olaraq Nəsimi rayonu 8 nömrəli orta məktəbin direktoru, t.ü.f.d. Aytən Baxışıyeva maraqlı təkliflərlə çıxış etdi. Aytən xanım qeyd etdi ki, muzeylə birlikdə mən bir məktəb direktoru kimi müxtəlif müsabiqələr, yarışmalar, görüşlər keçirməyə hazıram. Xüsusi olaraq A. Baxışıyevanın milli geyimlərimizə, mətbəximizə, musiqimizə aid maraqlı müsabiqələrin keçirilməsi haqqındakı təklifi çox maraqla qarşılandı. Növbəti təklif , Xətai rayonu 17 nömrəli orta məktəbin direktoru Bədəl Bədəlovdan oldu. Bədəl müəllim təklif etdi ki, belə görüşlərdə yaxşı olardı ki, Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları da iştirak etsinlər. O, qeyd etdi ki, ilkin olaraq biz adı çəkilən idarənin metodisləri ilə muzey-məktəb vəhdətində görüləcək işlərin proqramlarını hazıramalı və işimizi bu istiqamətdə qurmalıyıq. Tədbirdə çıxış edən, Binəqədi rayon 126 nömrəli məktəbin direktoru Şəmsi Qocayev təklif etdi ki, məktəblərdə tarix klubu yaradaraq, muzeydə inteqrasiya yönümlü açıq dərslər aparaq və əsasən də məktəb direktoru olaraq belə görüşlərdə bilavasitə özümüz də iştirak edək. Tədbirdi çılxış edən Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova yuxarı sinif şagirdlərinin də belə görüşlərə cəlb etmyin lazım oldiğunu vurguladı. Digər direktorlar isə elm adamlarının məktəblərlə əlaqələrinin möhkəmləndirilməsi üçün mütamadi olaraq gənclərlə maarifləndirici görüşlərin də keçirilməsini təklif etdilər. Tədbirin sonunda, Nailə xanım məktəb direktorları və muzey arasında keçirilən bu görüşün Azərbaycan tarixinin ətraflı olaraq öyrənilməsində, gənclərin dünyagörüşünün formalaşmasında xüsusi rolu olacağını bildirərək, bu yolda hər kəsə uğurlar dilədi.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.