XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 May, 2016
Multikulturalizm üzrə növbəti seminar keçiriləcək

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili Multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində Bilik Fondunun dəstəyilə multikulturalizmlə əlaqədar davamlı seminarlar keçirilməkdədir.


Növbəti seminar 16.05.2016-cı il, saat 14:00-da “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusu üzrə keçiriləcəkdir. Seminarda Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə  Dövlət müşaviri xidmətinin əməkdaşı Rəvan Həsənov “Multikulturalizmin mahiyyəti və hüquqi əsasları” adlı məruzə edəcək. Seminarda “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin əməkdaşları da mövzu üzrə çıxış edəcəkdir. 

 

 Maraqlananlar iştirak edə bilərlər.