XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 May, 2016
Azərbaycan Milli Tarix Muzeyində seminar keçirildi

May ayının 6-da Milli Azərbaycan Tarixi Muzeyi Rusiya İnformasiya Mərkəzi ilə birlikdə “İkinci Dünya Müharibəsi  Azərbaycan rəssamlarının yaradıcılığında” mövzusunda  seminar keçirilmişdir.


Tədbirdə  Muzeyin elmi işlər üzrə direktor müavini t.e.d. Nərgiz Əliyeva, elmi fond işləri üzrə direktor müavini t. ü.f. d. Mahfuzə Zeynalova, “Xarici əlaqələr və elmi kütləvi işlər ” şöbəsinin  müdiri t. ü.f. d. Zərifə Dulaeva, “Təsviri incəsənət”  şöbəsinin müdiri   t. ü.f. d. Rasim Sultanov, Rusiya İnformasiya mərkəzinin  əməkdaşı Cavad Quliyev, Bakı Dövlət Universitetinin tələbələri,  lisey şagirləri  iştirak etmişdir. Muzeyin elmi işlər üzrə direktor müavini t.e.d. Nərgiz Əliyeva tədbiri açaraq  Muzeyin əməkdaşları tərəfindən keçirilən maarifləndirici tədbirlər haqqında məlumat verdi. O, göstərdi ki, bu gün həmin tədbirlərin davamı  kimi, müharibə dövrünü karikatura  janrı ilə  işıqlandıran rəssamların  ziyasına toplaşmışıq. Bildiyiniz kimi, İkinci Dünya Müharibəsi siyasi döyüş satiralarının yaradılması məsələsini gündəmə gətirdi. Bu satira özünün kəskinliyi ilə  Hitler avanturistlərinin işğalçılıq siyasətinin ifşa olunmasına yönəlmişdi. Əzim Əzimzadə Azərbaycan rəssamları arasında birinci olaraq siyasi karikaturaların yaradılmasına qoşuldu. Onun yaşının çoxluğu və səhhətinin zəif olması rəssama yeni-yeni antifaşist karikaturaları yaratmasına mane olmadı. Bir satirik kimi çoxillik təcrübəsi Əzim Əzimzadəyə siyasi və hərbi hadisələrdə tez bir zamanda öz yerini tutmağa və çəkdiyi karikaturalarda daha kəskin, daha iti və daha aktual olanları əks etdirməyə kömək etdi. Onun müharibə dövrü çəkdiyi karikaturalardan biri də  Muzeyin “Təsviri incəsənət” fondunda qorunur. Sonra Azərbaycan rəssamlarının karikatura janrında  çəkdiyi əsərlər haqqında danışmaq üçün söz  Muzeyin “Xarici əlaqələr və elmi kütləvi işlər” şöbəsinin əməkdaşı, kiçik elmi işçi Fuad Ağayevə verildi. Daha sonra UNİSER özəl məktəbinin tarix müəllimi Natiq Rüstəmov  satirik janrda çəkilmiş plakatların yaranması , əhəmiyyəti və inkişaf mərhələləri haqqında geniş məlumat verdi , təsviri sənətin müharibə dövründə emosional təsiri və ilhamverici qüvvəsi haqqında diskussiya aparıldı. Sonda Zərifə Dulayeva müharibə dövrü uşaqların vətənpərvərliyi haqqında öz xatirələrini danışdı.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/