XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 May, 2016
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi ilə bağlı sorğunun nəticələri məlum oldu

Milli Azərbaycan Tarixi Muzeyində qurulmuş “I Şah İsmayıl- sərkərdə və hökmdar” sərgisi respublika vətəndaşları və xarici qonaqların böyük marağına səbəb olub.


Sərginin davam etdiyi 20 iş günü ərzində sərgiyə gələnlərə yazılı sorğuda iştirak etmək təklif edilmişdir. 42 nəfər yazılı formada sualları cavablandırmışdılar. Sorğu iştirakçılarının heç də hamısı bütün suallara cavab verməyib, bununla belə sorğu müəyyən nəticələri əldə etməyə imkan verir. Sorğunun nəticələrinə əsasən Muzey gələcək tədbirlər və sərgilərdə tamaşaçıların arzu və istəklərini nəzərə alacaq. Sorğunun nəticələrini təqdim edirik:

 1.Sizi sərgiyə gətirən səbəb:

-Muzeyin ekspozisiyası ilə tanış olmaq (ekspozisiyaya baxarkən sərgi ilə də tanış olduq)  - 14 nəfər

-Xüsusi olaraq sərgi ilə tanış olmaq – 25 nəfər

2.Sərgi haqqında məlumatı hardan eldə etmisiniz?

- KİV-dən  - 12 nəfər

- tanışlardan, dostlardan - 11 nəfər

- Milli Azərbaycan Tarixi Muzeyində (ekspozisyaya baxanda bələdçilərdən, kassadan və s.)  - 10 nəfər

 3.Sərginin əsas məğzi, məqsədi sizə aydın oldumu?

- Bəli     - 34 nəfər

- Xeyir  - 0 nəfər

- Cavab verməyə çətinlik çəkirəm - 7 nəfər

 4.Sizcə sərginin bütün bölmələrinin məzmunu kifayət qədər geniş əks etdirilib?

- Bəli   - 27 nəfər

- Xeyir    -11 nəfər

- Cavab verməyə çətinlik çəkirəm   -  5 nəfər

 5.Sərgidə özünüz üçün yeni bir məlumat əldə etdinizmi?

- Bəli   -  37 nəfər

- Xeyir  - 1 nəfər

- Cavab verməyə çətinlik çəkirəm  -  1 nəfər

 6.Sərginin məqsədi barədə aldığınız məlumat nə dərəcədə ətraflı idi?

- kifayət qədər genişdir  -  23 nəfər

- tam deyil  -  7 nəfər

- kifayət qədər geniş deyil  -  5 nəfər