XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 May, 2016
Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizm üzrə növbəti tədbir keçirildi

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili Multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində may ayının 16-da “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusu üzrə  növbəti seminar keçirildi.


Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə  Dövlət müşaviri xidmətinin əməkdaşları Rəvan Həsənov və Sərraf Hüseynov,  İstək Liseyi, Ali Neft Məktəbi, Azərbaycan Dövlət Dəniz Akademiyası, Xəzər Universiteti, UNİSER məktəbinin və digər təhsil müəsisələrinin şagird və tələbələri, Rus icmasının nümayəndələri, muzey əməkdaşları iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı multikulturalizm tədbirinin mahiyyəti haqqında məlumat verərək sözü Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə  Dövlət müşaviri xidmətinin əməkdaşı Rəvan Həsənova verdi.  Rəvan Həsənov “Multikulturalizmin mahiyyəti və hüquqi əsasları” adlı məruzəsi ilə çıxış etdi. O, öz çıxışında Azərbaycan Respublikası Prezidentinin ortaya qoymuş olduğu multikulturalizm siyasətinin hüquqi əsaslarını geniş bir şəkildə izah etdi. Daha sonra Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə  Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov yaxın vaxtlarda nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında məlumat verdi və bu kimi kitabların Azərbaycan multikulturalizminin əsaslarını öyrənmək üçün əhəmiyyətini qeyd etdi. O, kitabın bir nüsxəsini Muzeyə hədiyyə etdi.Daha sonra söz muzeyin kiçik elmi işçisi Zülfiyyə Cəlilovaya  “Multikulturalizm çərçivəsində erməni ziyalılarının yaradıcılığında azərbaycanlılara münasibət (XIX əsrin sonu - XX əsrin əvvəli)” mövzusunda çıxış edərək, erməni ziyalılarının əsərlərindəki multikulturalizm nümunələri haqqında məlumat verdi. Tədbirin sonunda muzeyin əməkdaşı Əli Fərhadov cənab prezident İlham Əliyevin “Biz hamımız eyni planetdə yaşayırıq” sözünü xatırladaraq muzeydə multikulturalizmlə əlaqədar tədbirlərin mütəmadi davam etdiyini, bunun məqsədinin  isə tarixi ənənəmiz olan  xalqlar və dinlər arasında qardaşlıq, dostluq, mehribançılığın, beynəlmiləlçiliyin möhkəmlənməsi və dövlətin multikulturalizm siyasətinin daim davam etməsinin vacibliyini bildirdi. O, bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyinə inandığını qeyd etdi. Seminarın sonunda tədbir iştirakçılarının suallarına cavab verildi.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/