XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 May, 2016
Muzeydə məktəblilər arasında “Açıq qapı” aksiyası keçirilir

Milli Aəzərbaycan Tarixi Muzeyində 2016-cı ilin "Multikulturalizm" ili elan edilməsi ilə əlaqədar məktəblilər arasında "Açıq qapı" aksiyası keçirilir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm” elan edilməsi ilə əlaqədar may ayının 12-18-dək Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, ayrı-ayrı dövlətləri və mədəniyyətləri əks etdirən tarixi eksponatlarla, ölkə əhəmiyyətli memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olaraq, çoxşaxəli və rəngarəng ekspozisiyalar barədə məktəblilərin maarifləndirilməsi məqsədilə muzey həftəsi təşkil edib.

Tədbirin əsas məqsədi praktik biliklər əldə etmək, ölkələrarası mədəniyyətlərin bir-birinə təsir və əlaqələri məktəblilərə çatdırmaqdır. Tədbirə Bakı şəhəri üzrə bütün orta məktəb uşaqları cəlb olunub.

Uşaqları maarifləndirmək məqsədilə təşkil olunan bu aksiyada Milli Azərbaycan Tarixi Muzeyi də fəal iştirak edir. Görkəmli neft maqnatı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev mülkündə yerləşən, şəhərimizin aparıcı muzeylərindən biri olan Milli Azərbaycan Tarixi Muzeyini gün ərzində 700-800 şagird ziyarət edib.

Muzeydə “Tariximiz, sərvətimiz və Multikulturalizm” mövzusunda maarifləndirmə proqramında 3500-ə yaxın məktəbli iştirak etmişdir. Aksiya hələ də davam edir.

Qeyd edək ki, 18 may Beynəlxalq muzeylər günü ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində “Açıq qapı” günüdür.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

 

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/