XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 May, 2016
Muzeydə Azərbaycan Cümhuriyyəti bölməsi yenilənir

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsi yenilənir.


Belə ki, bölmədə müsəlman Şərqində ilk Demokratik Respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər olunmaq üzrədir. Bölmə iki otağdan ibarətdir: “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”. Birinci otaqda müstəqilliyin elan olunması, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti Hökümətinin Gəncə dövründə fəaliyyəti əks olunub. İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və Hökumətinin fəaliyyəti, 1918-1920-ci ilin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əks olunub. Bölmədə unikal tarixi eksponatlarla yanaşı məlumat-informasiya panelləri, manekenlər, xəritələr, sxemlər, cədvəllər, bədii installyasiyalar nümayiş olunur. Hazırda bölmədə son tamamlama işləri aparılır.

Bölmənin rəsmi açılışı vaxtı haqqında əlavə məlumat veriləcək.