Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər İctimai Elmlər Seriyası”nın növbəti nömrəsi işıq üzü görüb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının baş redaktorluğu ilə dərc olunan məqalələr toplusu tarix, arxeologiya, etnoqrafiya, fəlsəfə və dinşünaslıq sahələrini əhatə edir. Burada tədqiqatçı-alimlərin elmi məqalələri dərc olunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşlarının da məqalələri burada yer almışdır. Muzeyin elmi katibi, t.ü.f.d Fərhad Cabbarovun “Армянский национализм на Кавказе и российские власти (80-е середина 90-х годов XIX в.)” adlı məqaləsində 1882-ci ildə Qafqaz Canişinliyinin ləğvindən sonra çarizmin ermənilərlə münasibətdə yeritdiyi siyasətdə baş verən dəyişikliklərdən bəhs edilir. Muzeyin “Elmi ekspozisiya və sərgilərin təkgili” şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədovun “Orta əsr Azərbaycan müdafiə silahı- tülbənd dəbilqə növü” adlı məqaləsində dünya müzeylərində qorunan müdafiə silahı- tülbənd dəbilqə növü haqqında danışılır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.