18 may – Beynəlxalq Muzeylər günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində ənənəvi olaraq “Açıq qapı” günü keçirilib.
Bu gün muzey öz qapılarını ziyarətçilərinin üzünə açıb və pulsuz qonaqları qəbul edib. Gün ərzində muzeyi 2700-dən çox tamaşaçı ziyarət edib.
Onu da qeyd edək ki, bu aksiyada muzeyi ziyarət edən qonaqlar arasında yerli vətəndaşlardan əlavə xarici qonaqlar da üstünlük təşkil edir.
Nəzərə alsaq ki, bu gün muzeyin başqa günlərdən daha artıq tamaşaçısı olub, buna baxmayaraq muzeydə müdiriyyət tərəfindən təşkil olunmuş nizam-intizam qaydalarına tam riayət olunub. Gələn ziyarətçilərə muzeyin bələdçiləri və əməkdaşları tərəfindən ekskursiyalar aparılıb və verilən suallar ətraflı cavablandırılıb. Tamaşaçılar təşkil olunmuş bu aksiyadan razı qaldıqlarını bildiriblər.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.