Muzeyin əlamətdar günündə - Beynəlxalq Muzeylər günündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Ombudsman Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşərək muzeyi peşə bayramı münasibətilə təbrik edib və əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb. Elmira Süleymanova muzeyə tarixi əhəmiyyət daşıyan hədiyyələr təqdim edib. Bu dəyərli materiallar XX əsrə aid yundan tirmə şal (şal anası Tubu xanıma məxsus olub) və üzərində “Azərbaycan Ombudsmanı” sözləri həkk olunmuş medaldan ibarətdir.
Sonra Nailə xanım Ombudsmanı Muzeyin ən qədim dövrdən bu günə kimi tariximizi əks etdirən ekspozisiya zalları və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi ilə ətraflı tanış edib.
Nailə Vəlixanlı qiymətli hədiyyəyə görə Ombudsmana öz təşəkkürünü bildirib və bu materialların Muzeyin fondunda dəyərli eksponat kimi yer tutacağını bildirib. Sonda xatirə şəkilləri çəkilib.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.