Milli Azərbaycan Tarixi Muzeyinin “Xarici əlaqələr və elmi kütləvi işlər şöbəsi” nin elmi işçisi Əli Fərhadov Mədəniyyət TV kanalının “Maarifçilik işığında” verlişinə muzeydə müsahibə vermişdir.
Müsahibədə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan mətbuatı, xüsusilə “Dəbistan” uşaq jurnalı, onun redaktoru, kişi və qadın müəllifləri, onların uşaqlara yönəlik tərbiyəvi əhəmiyyətli məqalələri haqqında geniş məlimat verilmişdir. Müsahibə zamanı Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında mühafizə olunan “Dəbistan” jurnalının 1906-cı il nüsxəsindən istifadə edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.