Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədovun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli Mədəni İrs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda keçirilən Respublika elmi konfransı Materiallarında (Mingəçevir, 22-23 aprel 2016-cı il) “Samunis-Mingəçevir Qafqaz Albaniyasının aparıcı antik şəhərlərindən biri kimi ona xas olan multikulturalizm elementləri ilə” başlıqlı məqaləsi rus dilində çap olunmuşdur.
Məqalədə qədim zamanlardan etibarən Azərbaycanın tarixi ərazisi olan Qafqaz Albaniyasında qədim etnik qrupların miqrasiya hərəkəti və müxtəlif etnik mədəniyyətlərin qovuşması, xüsusilə qədim Samunis-Mingəçevirin unikal arxeoloji materialları əsasında və multikulturalizm çərçivəsində tədqiqindən bəhs olunmuşdur.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.