Xəbər verdiyimiz kimi, 2016-cı il mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı keçiriləcək.
Bölmədə müsəlman Şərqində ilk Demokratik Respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilmişdir. Bölmə iki otağdan ibarətdir: “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.
Birinci otaqda müstəqilliyin elan olunması, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti Hökümətinin Gəncə dövründə fəaliyyəti əks olunub. İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və Hökumətinin fəaliyyəti, 1918-1920-ci ilin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əks olunub.
Muzeyin rəsmi feysbuk səhifəsində “Azərbaycan Cümhuriyyəti.1918-1920” yeni quruluşda olan bölməsindən bəzi görüntülər təqdim edilir.
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.