2016-cı il may ayının 26-da AMEA Milli Azərbaycan Tarix Muzeyinin “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi” nin təşkilatçılığı ilə keçirilən seminarda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, AMEA A.A.Bakıxanov adına Tarix İnistitutunun elmi işlər üzrə direktor müavini , t.ü.f.d. Cəbi Bəhramov, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, professor Şahin Mustafayev və Tarix muzeyinin əməkdaşları iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan akademik Nailə Vəlixanlı qarşıdan gələn 28-may Cümhuriyyət bayramı münasibətilə təbrik nitqi söylədikdən sonra sözü professor Solmaz Rüstəmova-Tohidiyə verdi. Professor Solmaz Rüstəmova-Tohidi “Müstəqilliyin çətin yolu - AXC” adlı çıxışında I Dünya Müharibəsi dövründə beynəlxalq vəziyyət, Fevral və Oktyabr inqilabları nəticəsində Rusiya imperiyasının dağılması prosesi və başda Musafat Partiyasının sədri Məmməd Əmin Rəsulzadə olmaqla mütərəqqi Azərbaycan ziyalılarının Azərbaycan dövlətçiliyin təməllərini atma mərhələsini geniş şəkildə izah etdi. Natiq Daşnaqsütyun terroristlərinin və bolşeviklərin Azərbaycanın müstəqilliyinə qarşı fəaliyyəti və Osmanlı ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qardaşlıq yardımı haqqında da ətraflı izahat verdi. Tədbirin sonunda iştirakçıların suallarına cavab verilərək Azərbaycan Himni oxunularaq AXC-nin qurucularının ruhu bir dəqiqə sükutla yad edildi. Ən sonda Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeyin kollektivi adından professor Solmaz Rüstəmova-Tohidiyə öz minnətdarlığını və təşəkkürünü bildirdi.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.