Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 2016-cı tarixində “Tariximizi əhatəli öyrənək” adlı viktorina Bakının Nizami rayonu 32 nömrəli və Nəsimi rayonu Texniki Humanitar liseyin şagirdləri arasında keçirildi. Giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Uşaqların Beynəlxalq müdafiə günü münasibətilə iştirakçıları təbrik edərək, bu bayrama həsr olunan tədbirin əhəmiyyətindən bəhs etdi.
O, bildirdi ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınmış və bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da bu bayram hər il təntənəli şəkildə qeyd edilir. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Milli Azərbaycan Tarixi Muzeyin təşkil etdiyi bu tədbirlər Azərbaycan tarixinin təbliği və maariflənməsində mühüm rol oynayır. Nailə xanım Azərbaycanın gələcəyi olan uşaqlara tariximizin əyani təbliğinin təqdirəlayiq olduğunu söyləyərək, gələcəkdə bu proektin daha da təkmilləşdirilməsini tövsiyyə etdi. Sonra tədbirin proqramına əsasən hər iki məktəb arasında viktorina keçirildi. Şagirdlər arasında keçirilən yarışmada Azərbaycan tarixininə aid suallar verildi. 2 raundda keçirilən viktorinada hər iki komanda fəal iştirak edərək suallara eyni səviyyədə cavab verdilər. Münsiflər şagirdlərin aktiv iştirakını müsbət qiymətləndirdilər və onları Uşaqların Beynəlxalq müdafiə günü münasibətilə təbrik etdilər.Yarışmada iştirak edən məktəblilər musiqi və rəqs nömrələri ilə çıxış etdilər. Bədii hissənin davamı olaraq Nərimanov rayonu 200 saylı orta məktəb xüsusi bayram proqramı ilə çıxış etdilər. Bu məktəbin ingilis dili müəlliməsi Lalə Məhərrəmzadənin rəhbərliyi altında təşkil olunmuş bu bədii proqram həm slaydlar, kliplər, səhnəciklər, şerlər, həm milli və həm də xarici ölkə rəqsləri ilə davam etdirildi.Uşaqlara göstərilən bu qayğı və diqqət tədbir iştirakçılarının, müəllim və şagirdlərin böyük sevincinə səbəb oldu.Sonda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə xanım Vəlixanlı qeyd etdi ki, muzeyin “Xarici əlaqələr və elmi-kütləvi işlər” şöbəsinin təşkil etdiyi, muzey-məktəb arasında olan belə lazımlı əlaqələri yaratmaq üçün keçirilən “Tariximizi əhatəli öyrənirik” adı altında silsilə tədbirlərin davamlı olacağı və “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzey eksponatları əsasında) layihəsi çərçivəsində davamlı olaraq maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.