XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 İyun, 2016
Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolin və Çinin Azərbaycandakı səfiri Xun Tsyuin Milli Azərbaycan Tarixi Muzeyində olublar

İyunun 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Xun Tsyuin Milli Azərbaycan Tarixi Muzeyində olublar.


Qonaqları Muzeyin direktoru, akademik Nailə Vəlixanlı və AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova qarşılayaraq, onları Milli Azərbaycan Tarixi Muzeyində görməkdə məmnun olduqlarını bildiriblər.  Qonaqlara Muzeyin ekspozisiya zallarında, H.Z.Tağıyevin xatirə muzeyinə ekskursiya aparılıb və  onlara  Azərbaycanın tarixini, mədəni irsini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. XIX əsrin sonlarında inşa edilmiş Bakının tarixi memarlıq incilərindən olan möhtəşəm Muzey binası Çinin rəsmi nümayəndələrinin xüsusi marağına səbəb olub. Sonda direktor Nailə Vəlixanlı qonaqlara Muzeyin inciləri və H.Z.Tağıyevin kitab-albomunu hədiyyə edib. Onlar Muzeydən xoş təəssüratla ayrılıblar.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/