Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi respublika vətəndaşları və xarici qonaqların böyük marağına səbəb olub. Sərginin fəaliyyət göstərdiyi 40 iş günü ərzində sərgi ilə 7455 tamaşaçı tanış olub.
Qeyd etmək lazımdır ki, tamaşaçılar sərgi haqqında müsbət fikirdədirlər və onların bir qismi öz rəyini yazılı şəkildə bildirir. Belə ki, mütəmadi olaraq rəylər Muzeyin rəsmi feysbuk səhifəsində yerləşdirilir. Muzeyin feysbuk səhifəsində tamaşaçı rəylərinin növbəti partiyasını yerləşdiririk.
Sərgi 2016-cı il dekbarın 15-dək davam edəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.