AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov Bakı Slayvan Universitetində “Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilən seminarda iştirak edib.
O, “Orta əsrlər Azərbaycan düşüncəsində multikulturalizm və təsirləri” mövzusunda məruzə ilə çıxış edib. Əli Fərhadov öz çıxışında Məhəmməd Füzuli, Seyid Əzim Şirvani kimi görkəmli Azərbaycan şairlərinin, sufi mütəfəkkirlərinin əsərlərindən nümunə verməklə və həmçinin, Azərbaycan sufilərinin Sayat Nova, Miran kimi erməni şairlərinin yaradıcılığına təsirini multikulturalizm çərçivəsində izah etmişdir.
Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılmışdır.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.